101 il əvvəl burada alman təbəqəsi A.M.Benkendrofun “101- ci iş sahəsi” – emalatxanası” bina ediləndə, onun qonşuluqda ilk fəhlə evlərinin də bünövrəsi qoyulmuşdu. İllər ötdükcə evlərin sayı çoxalmış “101- ci sahə” “Bakı fəhləsi” zavoduna çevrilmiş, onunla birlikdə böyüyüb artan fəhlə qəsəbəsi də öz mübarək adını doğma zavodun adından almışdı. “Bakı fəhləsi” qəsəbəsi Böyük Şor gölünü hər il bir neçə addım “geri çəkilməyə məcbur etmişdir”.
“Bakı fəhləsi” zavodunun- 101 il əvvəlki 101- ci emalatxananın yerləşdiyi ərazi “Sabunçu- Balaxanı mədən rayonu” adlanırdı və buradakı “rayon” sözü indiki məzmundan uzaq idi. Çar Qubernatoru Bakı ətrafındakı bütün neftli torpaqları iri sahibkarlar arasında bölüşdürmüşdü.
1925- ci ildə ərazinin inzibati ünvanı dəyişdirildi, o – Lenin rayonu adlandırıldı və yalnız Azərbaycanımız öz müstəqilliyinə qovuşandan sonra həmin ərazi 1992- ci ildən Sabunçu rayonu adı ilə tanınır.
“Bakı fəhləsi” zavodu yarandığı gündən yerləşdiyi inzibati ərazinin : Sabunçu rayonunun əsas simasına çevrilmişdi: rayonun ən qədim və ən iri sənaye ocağı kimi, Bakının əmək və şöhrət salnaməsində “Bakı fəhləsi” maşınqayırma zavodunun xüsusi yeri var.
Dünyanın hər yerindən Bakıya gələn və paytaxtımızın ən qocaman sənaye rayonuna- Sabunçuya baş çəkən əziz qonaqlara birinci olaraq “Bakı fəhləsi” maşınqayırma zavodundan iftixarla söhbət açır, onu nümunə göstərirlər.
Sabunçu rayonunun bəxti onda gətirib ki, Ulu Öndər Heydər Əliyevin ömür yolunun 19 ili ümumxalq deputatı kimi Bakının bu qocaman fəhlə rayonu ilə bağlıdır. 1970-89- cu illər arasında Heydər Əliyev SSRİ və Azərbaycan SSR Ali Sovetlərinə Sabunçu rayonundan deputat seçilmişdir. Həmin illər Sabunçu rayonunun bioqrafiyasının qızıl səhifələridir. Heydər Əlirza oğlu Əliyev, Azərbaycanın 5 il – 1982-87- ci illərdə Moskvada –SSRİ hökumətinin başçılarından biri, xalqın sevimli elçisi kimi, hər dəfə Sabunçu rayonuna gələndə mütləq “Bakı fəhləsi” zavoduna da baş çəkir, zavod kollektivinin həyatı ilə yaxından tanış olur, bu qədim- qayım sənaye ocağının texniki- iqtisadi nailiyyətləri, yenilikləri, imkanları, insanların əhval- ruhiyyəsi, gün- güzəranı ilə dərindən maraqlanır və hər dəfə də əziz rəhbərin tövsiyələri, tapşırıqları, göstərişləri “Bakı fəhləsi”nin daha da inkişafına və yüksəlişinə yeni güc, yeni təkan vermiş olur.
1982- ci ilin noyabr ayı idi...
“Azərbaycan Respublikasının başçısı Heydər Əlirza oğlu Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir. Sov.İKP MK Siyasi Bürosunun üzvü seçilir. Lakin Moskvada yaşayıb ölkənin ali rəhbər orqanlarında çalışarkən də Heydər Əliyev Bakı şəhəri Lenin rayonunun inkişafına daim qayğı və hər cür köməklik göstərirdi. ..”
1984- 1985- ci illərdə
“Heydər Əliyev Bakı şəhəri Sabunçu rayonunu gəzərək “Bakı Fəhləsi” maşınqayırma zavodunun ......Bakıxanov qəsəbəsindəki 94 saylı orta məktəbin, 74 saylı texniki peşə məktəbinin və Bilgəh qəsəbəsindəki sanatoriyanın əməkçiləri ilə görüşdü”.
Heydər Əliyev: “İndiki dövr keçid dövrüdür. Biz bu keçid dövrünün çətinliklərini bütün sahələrdə hiss edirik. Heç şübhə yoxdur ki, Azərbaycan xalqının gələcəyi gözəl, parlaq olacaqdır. Bunun əsası bizim ən böyük tarixi nailiyyətimiz- Azərbaycanın müstəqil dövlət olmasıdır”.
“Xalqın gələcəyi, xalqın öz tarixini, keçmişini dərk etməsi və gələcək yaşayışını qurması üçün əldə etdiyimiz dövlət müstəqilliyi, milli azadlığımız əvəzsiz bir hadisədir. Ona görə də biz bunun naminə hər bir çətinliyə dözməliyik”.
Sabunçu rayon sənayesinin əsasını maşınqayırma, neft və qazçıxarma təşkil edir. Onun hakimiyyətə qayıdışı hər bir sahəyə olduğu kimi, rayonun sənaye sahəsinə də müsbət təsir göstərmişdir. Keçid dövrünün incəliklərinə uyğun idarəetmə üsullarının axtarışı, mövcud imkanların səfərbər olunması, bəzi zavodların istehsalının texnologiyası və profilində dəyişiklik aparılması hesabına istehsalın aşağıdüşmə tempi əsaslı surətdə azalmış, neft hasilatı və maşınqayırma zavodlarının işində irəliləyiş hiss olunmağa başlamışdır.
Ümumi ərazi, [kv.km] 240.00, əhalinin ümumi sayı 195808, qəsəbələrin sayı 10, iri və orta müəssisələrin sayı 40, məktəbəqədər uşaq müəssisələrinin sayı 46, ümumtəhsil məktəblərinin sayı 46, internat məktəbləri 3, texniki, orta ixtisas və peşə məktəblərinin sayı 11, xəstəxanalar və tibb müəssisələrinin sayı 9, ambulator-poliklinika 9, müxtəlif profilli uşaq sanatoriyaları 4, Zabrat Müalicə Diaqnostika Mərkəzi 1, Kürdəxanı Sağlamlıq Mərkəzi 1, mədəniyyət ocaqlarının sayı 4, Mədəniyyət evi,klub, saray 10, kitabxana 15
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 fevral tarixli 24 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı (2004-2008-ci illər)" ölkənin bütün regionlarında məqsədyönlü şəkildə ardıcıl həyata keçirilib. Bu proqram çərçivəsində qısa müddətdə regionların sosial-iqtisadi həyatında köklü dəyişikliklər baş vermiş, rayonların infrastrukturları yenidən qurulmuş, qəsəbə və kəndlərdə təhsil, mədəniyyət, səhiyyə, idman və digər sosialyönümlü obyektlərin inşası və əsaslı təmiri həyata keçirilmiş, əhalinin məşğulluğu təmin edilmişdir. Bütün bunlar regionlarda davamlı və dinamik inkişafı təmin etməklə bərabər, həm də əhalinin həyat səviyyəsinin keyfiyyətcə yüksəlməsinə səbəb olmuşdur.
Bu müddətdə ayrıca qəbul olunmuş müxtəlif proqramlar çərçivəsində Bakı şəhəri sürətlə inkişaf etmiş, onun infrastrukturları yeniləşdirilir, əhalinin qaz, elektrik, su və istilik təminatı yaxşılaşdırılmış, yeni yollar salınmış və ya təmir edilmiş, şəhər abadlaşdırılmış, tikinti-quruculuq işləri vüsət almış, yüz minlərlə iş yerləri açılmışdır.
Həmin qəsəbələrin kompleks inkişafının təmin edilməsi və problemlərinin aradan qaldırılması (kommunal xidmətlər, məktəblərin və səhiyyə ocaqlarının tikintisi, qəsəbəətrafı və qəsəbədaxili yolların salınması, iş yerlərinin açılması və s.) öz konkret həllini tapmışdır.