Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Əlaqə
 
 
 
BÖLMƏLƏR
Xəbərlər
Struktur
Filiallar
Yeni kitablar
Kitabxana haqqında
Dövrü mətbuat
Tədbirlər
İstifadə qaydaları

AXTARIŞ

TƏQVİM
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ARXİV
May 2012 (14)
Aprel 2012 (15)
Mart 2012 (60)
Fevral 2012 (26)
Yanvar 2012 (39)
Dekabr 2011 (41)

SON XƏBƏRLƏR
Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...


SORĞU

Yaxşıdı
Əladır
Pisdir
Fərq eləmir



LİNKLƏR










"Məhəmməd Füzuli" (Fotosessiya)

"Məhəmməd Füzuli" (Fotosessiya)


Məhəmməd Füzuli 1494-cü ildə İraqın Kərbala şəhərində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun atası Süleyman Azərbaycanın bayat tayfasından çıxmışdır. O dövrdə İraq Ağqoyunlu Azərbaycan dövlətinin tərkib hissəsi olmuşdur.Bu dövlətdə XV əsrin sonlarında baş verən çəkişmələr nəticəsində yüzlərcə azərbaycanlı ailəsi Azərbaycanı tərk edərkən dövlətin ucqarlarına üz tuturmuş. Süleyman Kərbəlada oğlunu əvvəlcə məktəbə, daha sonra isə mədrəsəyə qoyur. Elm və ədəbiyyata maraq göstərən oğlan Bağdada köçür və burada ali mədrəsədə təhsili davam etdirir. Məhəmməd Füzuli hələ yeniyetmə yaşlarında gözəl aşiqanə qəzəllər yazmağa başlayır.
Qəzəl Füzuli yaradıcılığında mühüm yer tutur. Azərbaycan dilində qəzəlin ən gözəl nümunələrini o yaratmışdır. Füzuli qəzələ xüsusi əhəmiyyət vermişdir. Çünki qəzəl şairin qüdrətini bildirir, onun şöhrətini artırır. Qəzəl yazmaq sənətkarlardan bacarıq, istedad tələb edir.
Füzuli ülvi və müqəddəs məhəbəti insanın yolunu işıqlandıran qüvvə hesab edir. Məhəbbət aləmində hamı bərabərdir, burada sultanla gəda eyni hüquqa malikdir. Onun qəhramanı belə hesab edir ki, bütün kainatı məhəbbət idarə edir. Məhəbbətin övladı isə gözəllikdir.
İnsana, onun gözəlliyinə vurğunluq Füzuli qəzəllərinin leytmotividir. O, sevən aşiqin həsrətini, kədərini,i ztirablarını, “daş dələn ahlarını”, selə çevirən göz yaşlarını təsvir etmişdir.
Məntiq, nücum, tibb, riyazi və humanitar elmlərindən biliklərin əsaslarını öyrənən Məhəmməd Füzuli İraqın Nəcəf, ordan isə Hilə şəhərinə köçür. Burada o, islamım dini-fəlsəfi cərayanları ilə yaxından tanış olur, ərəb tərcümələri əsasında antik dövr yunan filosoflarının əsərlərini mütaliə edir. O həmçinin Azərbaycan, ərəb, fars, özbək, hind ədəbiyyatını öyrənmişdir.
Füzulinin ilk böyük əsəri “Bəngü-bəda” (“Tiryək və Şərab”) əsəri olmuşdur. Bu alleqorik poemada şair dövrün mühüm siaysi məsələlərinə toxunmuş, lovğa, təkəbbürlü, şöhrətpərəst hakimlərə qarşı çıxmış, elm və təhsilə qiymət verən ədalətli hökmdarlara alqış demişdir. Poema eyni zamanda sərxoşluğa və narkotik vasitələrə qarşı yönəlmişdir. Əsəri Şah İsmayıl Xətaiyə ithaf edən şair onun oğlu I Şah Təhmasibin və onun sərkərdələrinin dövləti möhkəmləndirmək istiqamətində gördüyü işləri dəstəkləmişdir.
Azərbaycan dilində lirik şeirin ən gözəl nümunələrini Füzuli yaratmışdır.Onun qələmə aldığı ahəngdar lirik parçalar əsasən məhəbbət və gözəllik mövzusundadır. Humanist sənətkar insan qəlbinin ən təbii, incə, ülvi hiss və həyacanlarını yüksək bədii, obrazlı bir dillə ifadə etmişdir. Füzulinin lirikasında məhəbbət eyni zamanda dərin ictimai-fəlsəfi məzmuna malikdir. Füzulinin humanizmi onun vəsf etdiyi məhəbbət hissi ilə sıx bağlıdır. O, məhəbbəti insan həyatının və xoşbəxtliyinin ali məqsədi hesab etmişdir.
Şair dövrün müxtəlif siyasi-ictimai və əxlaqi məsələlərinə münasibətini, feodal dünyasının sosial ədalətsizliyinə, dini cəhalət və xurafata etirazını da cəsarətlə bildirmişdir. Füzuli dövrün bir çox siyasi xadimlərinə, dövlət məmurlarına yazdığı müraciətlərində onları ədalətə, düzlüyə çağırmışdır. Məhşur “Şikayətnamə” əsəri incəsənət və elm adamlarının çətinliklərindən, saray əyanlarının özbaşınalıqlarından, məmurların süründürməçiliyindən xəbər verir. Poema məktub şəklində yazılsa da, bədii nəsrin uğurlu nümunəsidir.
Məhəmməd Füzuli dahiyanə “Leyli və Məcnun” əsərini 1537-ci ildə Bağdada gələn osmanlı şairləri Xəyali və Yəhya Bəyin xahişi ilə qələmə almışdır. Poeama Azərbaycan, eləcə də , Şərq və dünya poeziyasının nadir incilərindəndir. Şairin lirik şeirlərində ifadə olunmuş məhəbbət, mənəvi azadlıq arzuları poemada dahiyanə bədii vüsətlə tərənnüm edilmiş, bir-birini sevən iki gəncin faciəsi son dərəcə təsirli təsvir olunmuşdur. Poemanın yüksək poetik dili, zəngin bədii təsvir vasitələri, bitkin kompozisiyası, qəhramanların daxili aləmi, onların həyacan və iztirabları çox böyük təsiredici qüvvəyə malikdir.
Füzulinin yaradıcılığının şah əsri “Leyli və Məcnun” dur.Əsər 1537-ci ildə yazılmış və Türkiyə hökmdarı Sultan Süleyman Qanunniyə itfah etmişdir. Füzuli bu əsəri Nizaminin eyniadlı əsərinə nəzirə yazmışdır. Lakin mövzu eyni olsa da, əsərlər arasında fərqlər də mövcuddur.
Füzulinin tərcüməçi kimi də fəaliyyəti diqqətətəlayiqdir. O, XV əsr özbək şairi Vaiz kaşifinin “Şühadətnamə” , həmçinin Ə.Caminin “Hədsi-ərbəin” əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.
"Məhəmməd Füzuli" (Fotosessiya)



17-02-2012, 16:19  Çap et