Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Əlaqə
 
 
 
BÖLMƏLƏR
Xəbərlər
Struktur
Filiallar
Yeni kitablar
Kitabxana haqqında
Dövrü mətbuat
Tədbirlər
İstifadə qaydaları

AXTARIŞ

TƏQVİM
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ARXİV
May 2012 (14)
Aprel 2012 (15)
Mart 2012 (60)
Fevral 2012 (26)
Yanvar 2012 (39)
Dekabr 2011 (41)

SON XƏBƏRLƏR
Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...


SORĞU

Yaxşıdı
Əladır
Pisdir
Fərq eləmir



LİNKLƏR










"Dövrünün güzgüsü " (Hüseyn Cavid- 130 illiyi) (Fotosessiya)

"Dövrünün güzgüsü " (Hüseyn Cavid- 130 illiyi) (Fotosessiya)


Naxçıvanda ruhani ailəsində anadan olmuşdur. Əvvəlcə mollaxanada, sonra M. Sidqinin “Məktəbi- tərbiyə” adlı yeni üsullu tədris müəssəsində təhsil almışdır. Eyni zamanda qardaçından ərəb- fars dillərini öyrənmişdir. Təbrizdə, İstambulda olmuş, Şərq ədəbiyyatını öyrənməyə çalışmışdır. 1910- cu ildə Naxçıvana qayıdaraq müəllimlik etmiş, Tiflisdə, Bakıda pedaqoji işlə məşğul olmuşdur.
Ilk gənclik illərindən yaradıcılığa başlamış, “Gülçin” və “Salik” təxəllüsü ilə şeirlər yazmışdır. İlk şeir kitabı “Keçmiş günlər” adı altında 1913- cü ildə çıxmışdır.
Aşiqanə, lirik şeirlərlə yanaşı, ictimai məzmunlu şeirləri də az deyil:”Öksüz Ənvər”, “Kiçik sərsəri”, “Dün və bu gün”, “Vərəmli qız”, “Məsud və Şəfiqə” belələrindəndir.
Azərbaycan ədəbiyyatında peşəkar dramaturq, əsil faciə ustası kimi tanınır. İlk mənzum dramı “Ana” (1910) pyesidir. Əsər birpərdəlidir və heca vəznində yazılmışdır. Bu əsərdə müəllif qonaqpərvərlik, nəciblik, insanlıq, mərhəmət hisslərini təbliğ edir. “Maral” (1912), “Şeyx Sənan” (1914), “Şeyda” əsərlərində qadın azadlığı, azda sevgi və s. Təbliğ olunur. Şairin fikrincə,”insan öz haqqını almaq üçün mübarizə aparmalıdır. “İblis” (1918) faciəsi isə insanları fəlakətlərə sürükləyən müharibələrin, qan hərisliyinin, var- dövlət hərisliyinin tənqidinə həsr edilib. “İblis” qan dəryasında boğulan insanların faciəsidir. Bu faciələrin isə səbəbi İblis yox, qan hərisi krallar, altun və qadın düşkünləri, qəlbən iblis olan insanlardır. Dünyaya şər toxumu səpən, şər işlərin səbəbkarı İblis, şairin fikrincə, bizdən kənarda yox, daxilimizdədir. “Hər kəsə xain olan insanlar elə İblisin özüdür. Günahkarı kənarda axtarmaq lazım deyil”- ədibin fikri belədir.
1920- ci ildən sonra H. Cavidin yaradıcılığında gələcəyə inam, nikbin ruh hökm sürür. O, “Peyğəmbər” (1922), “Topal Teymur” (1925), “Azər” (1926- 1936), “Səyavuş” (1933), “Xəyyam” (1935) və. s əsərlərini yazır. Bu əsərlərdə o, sinifli cəmiyyətdə insanların faciəsini, iztirablarını əks etdirmişdir. Cavid bədii yaradıcılıqla yanaşı, müəllimlik etmiş, BDU-da dərs demişdir.1937- ci ildə repressiyaya məruz qalmış, həbs olunaraq Sibirə (İrkutsk vilayətinə) sürgün edilmiş və 1941- ci ildə orada da vəfat etmişdir. Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olarkən onun şəxsi təşəbbüsü ilə məzarı 1982- ci ildə Naxçıvana köçürülmüşdür.

"Dövrünün güzgüsü " (Hüseyn Cavid- 130 illiyi) (Fotosessiya)


"Dövrünün güzgüsü " (Hüseyn Cavid- 130 illiyi) (Fotosessiya)



"Dövrünün güzgüsü " (Hüseyn Cavid- 130 illiyi) (Fotosessiya)



19-02-2012, 11:47  Çap et