Ana səhifə
Elektron Kataloq
Elektron Kitabxana
Milli Kitabxanadan elektron sənəd sifarişi
Əlaqə
 
 
 
BÖLMƏLƏR
Xəbərlər
Struktur
Filiallar
Yeni kitablar
Kitabxana haqqında
Dövrü mətbuat
Tədbirlər
İstifadə qaydaları

AXTARIŞ

TƏQVİM
«    May 2012    »
BeÇaÇCaCŞB
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
 

ARXİV
May 2012 (14)
Aprel 2012 (15)
Mart 2012 (60)
Fevral 2012 (26)
Yanvar 2012 (39)
Dekabr 2011 (41)

SON XƏBƏRLƏR
Şərqin ilk opera yazan qadın bəstəkarının yaradıcılıq gecəsi rəngarəngliyi ilə fərqlənmişdir
Mayın 17-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının ...

"Muzeylər tariximizi yaşadır" adlı tədbir keçirildi (Fotosessiya)
Bu gün, mayın 18-də Nərimanov rayon MKS-in Mərkəzi kitabxanasında Muzeylər günü münasibəti ilə "Muzeylər tariximizi ...

GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub
Niderlandda keçirilən GRID 2012 - Beynəlxalq Fotoşəkil Biennalesində Azərbaycan ilk dəfə təmsil olunub.

Yasamal rayon MKS-in kollektivi “Beynəlxalq Muzeylər Günü” ilə əlaqədər ekskursiya təşkil etdi
Bu gün Yasamal rayon MKS-in kollektivi "18 may Beynəlxalq Muzeylər Günü" ilə bağlı muzeylərə ekskursiya təşkil etdi.

Azərbaycanlı pianoçu İtaliyada keçirilən beynəlxalq müsabiqədə I yerə layiq görüldü
L. və M.Rostropoviçlər adına 21 saylı 11 illik Musiqi Məktəbinin 11-ci sinif şagirdi Səmra Əmiraslanova İtaliyada keçirilən "CITTA ...

Bakı Musiqi Akademiyasının şagirdlərinin və təcrübəçi- tələbələrinin elmi-ifaçılıq konfransı
Mayın 22-də saat 12.00 Üzeyir Hacıbəyov adına Bakı Musiqi Akademiyasının kiçik zalında Bakı Musiqi Akademiyasının ...

Bakıda “Bizim qısa filmlər” Kino Günləri başlayır
Mayın 18-dən 29-dək “Nizami” Kino Mərkəzində “Bizim qısa filmlər” Kino Günləri keçiriləcək.

Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edildi(Fotosessiya)
May ayının 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbələri ...

11 saylı Uşaq Musiqi Məktəbinin hesabat konserti təqdim edildi
Mayın 16-da 11 saylı Uşaq Musiqi Məktəbinin şagirdləri Azərbaycan Dövlət Filarmoniyasında Respublika gününə həsr ...

"Afrovision - Afrikadan müasir incəsənət" sərgisinin açılışı oldu
Mayın 17-də Bakıda, Müasir İncəsənət Muzeyində “Afrovision – Afrikadan müasir incəsənət” sərgisinin ...


SORĞU

Yaxşıdı
Əladır
Pisdir
Fərq eləmir



LİNKLƏR










"Hacı Çələbi xan"

"Hacı Çələbi xan"

Hacı Çələbi xanın doğum tarixi məlum deyil. O qədim Azərbaycan şəhəri Şəkidə zad’gan ailəsində anadan olmuşdur. Atası Qurbanxan əslən ortlaq türk tayfasından imiş.Tarixi mənbələrə görə, bu tayfanın başçıları XIV əsrin sonu-XV əsrdən başlayaraq Şəki feodal qurumunun hakimləri olmuşdur.XIV əsrin sonlarında Şəki hakimi Seyid Əli xan Əmir Teymura qarşı vuruşmuş, işğalçılara 14 il müqavimət göstərmiş. Naxçıvanın Əlincə qalasının qəhraman döyüşçilərinə gizli yollarla əsgər, silah göndərmişdir. Elə özü də Əlincə yaxınlığında döyüşdə həlak olmuşdur.Onun oğlu Seyid Əhməd xan o dövrkü Şirvan hökmdarı Şirvanşah I İbrahimin müttəfiqi olmuş, onunla bərabər Teymurilərə, sonra isə Qaraqoyunlulara qarşı mübarizə aparmışdır.Sülalənin növbəti nümayəndəsi Dərviş Məhəmməd xan mərkəzləşmiş dövlət yaradan Səfəvi hökmdarı I Təhmasibə qarşı mübarizə aparan Şirvanşahlara köməklik etmiş, sonralar isə özü də qızılbaşlarla vuruşmuş və döyüşdə həlak olmuşdur.XVI əsrin ortalarında Şəki feodal qurumu ləğv edilsə də, sülalənin nümayəndələri yerli hakim kimi nüfuzlarını saxlamışdır.
Hacı Çələbi xanın uşaqlıq və gənclik illəri haqqında məlumat çox azdır. Məlumdur ki, silah işlətmək, ona tarix, ədəbiyyat, digər elmlər barədə müfəssəl məlumat verilmişdi.Şəxsi mütailəsi sayəsində biliklərini artıran Hacı Çələbi xan xalq arasında böyük hörmət qazanmışdı.
XVIII əsrin 30-40-cı illəri bütün Azərbaycan, o cümlədən də onun ayrılmaz hissəsi olan Şəki üçün ağır keçmişdir.Belə ki, 20-ci illərdə xalq tərəfindən dəstəklənən və Azərbaycanı həm osmanlılardan, həm də ruslardan azad edən Nadir xan Əfşar Səfəvi dövlətini ləğv etdikdən sonra özünü şah elan etmiş və mənasız işğalçı müharibələr aparmağa başlamışdır.Ölkənin bütün var -dövləti bu müharibələrə sərf edilir. Zəbt olunmuş ölkələrdən ələ keçirilən qənimətlər isə saray əyanlarına xərclənirdi.Xalq etiraz etməyə başlasa da, onların çıxışları amansızcasına yatırılırdı. Azərbaycanı idarə edən və qəddarlığı ilə seçilən Nadirin qardaşı İbrahim xan xalq üsyanlarının birində öldürüldükdən sonra isə Nadir üsyançılara divan tutur, onlara qarşı köçürmə siyasəti həyata keçirilirdi.
Şəkini idarə etməyi Nadir şah Məlik Nəcəf adlı birisinə həvalə edilmişdi.Bu şəxs əhalini talayır, var-dövlətini əlindən alırdı.Əlacsız qalan xalq Hacı Çələbiyə müraciət edib, ondan məsələni həll etməyi xahiş edir.Hacı Çələbi Məlik Nəcəflə danışsa da, bu bir nəticə vermir.Vəziyyətin kəskinləşdiyini və xalqın üsyana hazırlaşdığını görən Məlik Nəcəf Nadir şaha məktub yazır, özünün ədalətli hakim olduğunu, Hacı Çələbinin isə xalqı korladığını bildirir.Nadir şah hər ikisi sarayına çağırır.Sarayda onların heç şikayətlərinə belə qulaq asmadan Hacı Çələbinin boynuna kəndir keçirtdirir.Çələbi onu dinləməyi şahdan xahiş edir.O, Məlik Nəcəfi cəzalandırmır və yenidən Şəki hakimliyi vəsifəsinə təsdiq olunur.Hacı Çələbi isə onun vəkili təyin edilir. Uzaqgörənlik nümayiş etdirən Nadir şah əyanlara deyir:”Mənim hüzurumda heç kim səsini çıxarmağa cürət etmədiyi halda, bu şəkili boynuna ip keçirilməsinə baxmayaraq cəsarətlə şikayətlərini çatdırdı.Görərsiniz, o nəsə törədəcək”.
1743-cü ildə Şəkiyə qayıtdıqdan sonra daha da azğınlaşan Məlik Nəcəf ondan şikayət edənlərə divan tutmağa başlayır və belə şəraitdə xalq silaha sarılır.Kortəbii halda başlanan üsyan nəticəsində Məlik Nəcəf və onun adamları öldürülür,Hacı Çələbi üsyana başçılığı öz üzərinə götürür.O, baş verənlər barədə Nadir şaha xəbər göndərir və bütün günahın şahın və onun adamlarında olduğunu göstərir.Beləliklə, Hacı Çələbi xan Şəkini müstəqil xanlıq, özünü isə onun başçısı elan edir.1744-cü ildə Nadir şah güclü qoşunla Şəkiyə hücüm edir.O, asanlıqla üsyanı yatıracağını düşünürdü.Lakin əhali şəhəri tərk etmiş və əvvəlcədən möhkəmləndirdiyi Kiş. “Gələsən-görəsən” qalaları və dağ sığıncaqlarında mövqe tutmuşdu.Hamı azadlığını qorumaq əzmində idi və Hacı Çələbi bu əzmi daha da möhkəmləndirirdi.İstehkamlar bir-biriləri ilə yeraltı yollarla əlaqə saxladığından Nadir şah onları tuta bilmirdi. Odur ki 4 aylıq mühasirədən sonra geri çəkilməyə məcbur olur. Asiyanın ən möhtəşəm sərkərdələrindən biri sayılan Nadir şahın Şəki üsyanını yatırda bilməməsi bütün Şərqdə böyük rezonans doğurmuşdu. Nadir şah yeni qoşun təşkil edərkən ona qarşı sui-qəsd təşkil olunur: o öldürülür. Nadir şahın ölüm xəbəri Şəki xanlığının təhlükədən qurtarması demək idi.
Dövlət aparatının qurulması ilə bərabər, iqtisadi tədbirlər həyata keçirən Hacı Çələbi xan vergi sistemini nizama salır, xanlıqda sənətkarlığın və ticarətin inkişafı üçün zəmin yaradır.Qısa müddət ərzində Şəkinin iqtisadiyyatını möhləmləndirən xan Şəkidə çoxlu ictimai binalar tikdirir.
Silahlı qüvvələrini günü-gündən möhkəmləndirən Hacı Çələbi xan vahid Azərbaycan yaratmaq qərarını alır.O dövrdə Azərbaycan ərazisində ümumilikdə 18 xanlıq, 5 məliklik. 5 sultanlıq var idi. Belə pərakəndəlik ölkənin iqtisadi və müdafiə qüdrətini zəiflədirdi.Bəzi xanlar vahid dövlət yaratmağa cəhd etmişdilər.Lakin onlar bunu güc yolu ilə həyata keçirmək istəyirdilər.Nəticədə feodal ara müharibələri daha da güclənir, ölkəyə böyük ziyan vurulurdu.
Hacı Çələbinin yürüşləri nəticəsində Qəbələ, Ərəş, Qutqaşen sultanlıqları və Car-Baləkən caamatları Şəki xanlığına birləşdirilir.Daha sonra o, Qarabağ xanlığına hücum edir, Bayat qalasını bir ay mühasirədə saxlayır.O, Qarabağı vassalına çevirmək istəyir, lakin Qarabağ, Naxçıvan, Qaradağ və Gəncə xanlarının birləşmiş qüvvələri qarşısında geri çəkilməli olur.
Bu zaman Azərbaycanın Borçalı, Qazax, Şəmkir ərazilərinə gürcülərin Kartli çarlığının başçısı Teymuraz və Kaxeti çarlığının başçısı II İraklı hücumlar edir.Lakin Hacı Çələbi bu istiqamətə qoşun yeridərək onları məğlub etməyə müvəffəq olur.Lakin Hacı Çələbi bu istiqamətə qoşun yeridərək onları məğlub etməyə müvəffəq olur. Buna baxmayaraq çarlar məqsədlərindən əl çəkmirlər.
1752-ci ildə gürcü çarları Teymuraz və II İrakli, guya Hacı Çələbiyə qarşı mübarizə aparmaq məqsədi ilə ona rəqib olan Azərbaycan xanlarına itiffaq təklif edirlər.Əslində isə onlar bu yolla xanları bir-biriləri ilə toqquşdurub,son nəticədə Azərbaycan torpaqlarını zəbt etmək istəyirdilər.Gəncə yaxınlığında Qızılqaya adlı yerdə görüşə gələn Pənahəli xan Qarabağlı, Hüseynəli xan İrəvanlı, Heydərqulu xan Naxçıvanlı, Qasım xan Qaradağlı, Şahverdi xan Gəncəli gürcü çarlarına həddindən artıq inanıb qoşun gətirməlidirlər.Nəticədə onlar çarlar tərəfindən xaincəsinə əsir alınırlar.Əsirləri götürüb Gürcüstana qayıdan çarlar onları ağır şərtlər, ilk növbədə Azərbaycan torpaqları müqabilində buraxmaq fikrindəydilər.Lakin Hacı Çələbi xan bunun qarşısını alır.Belə ki, Qızılqaya müşavirəsi haqqında eşidibmiş və düşmənlərin birləşmiş qoşunlarının yürüşünü gözlədiyinə görə qoşunları ilə bərabər döyüşə hazırlaşıbmış.Baş vermiş hadisədən xəbər tutan Çələbi xan şəxsi münasibətlərini bir kənara qoyub Azəbaycan naminə onları xilas etmək qərarına gəlir.Bəzi məsləhətçiləri hər şeyi götür-qoy edib, məsləhətləşmələr aparmaq təklifi ilə çıxış etdikdə isə xan deyir: “Nə məsləhət görürsünüz-görün, təki bu məsləhət Kürü keçməklə bağlı olsun”.Bununla o işarə edirdi ki,xanları azad etmək üçün Kür çayını keçmək lazımdır və bunu vaxt itirmədən eləmək lazımdır.Beləliklə, Şəki xanlığının qoşunları gürcü qoşunlarının ardınca sürətlə hərəkət edir.Xan Şəmkir xanlığında gürcü qoşunlarına çatır və baş vermiş döyüşdə onları gürcüləri Tiflisin 3 kilometrliyinədək təqib edirdilər.Bununla gürcü çarlarının Azərbaycan torpaqlarına yürüşlərinə son qoyulur.
Hacı Çələbi xan 1755-ci ildə Şəkidə vəfat edib və orada dəfn olunub.



21-02-2012, 11:02  Çap et