Britaniya kitabxanası milli kitabxana kimi gənc kitabxanadır. Lord Fountonun rəhbərliyi ilə Milli kitabxana komitəsinin 1969- cu ildə verdiyi qərarlar və 1971- ci ildə Birləşmiş Krallıq üçün vahid Milli Kitabxana yaradılması haqqında irəli sürdüyü təkliflər 1972- ci ildə Parlament tərəfindən Britaniya Kitabxanası haqqında aktın qəbul olunmasına səbəb oldu ki, bu da 1973- cü ildə 1 iyuldan onun fəaliyyətə başlamasını təmin etdi.
Akta əsasən aşağıdakı müəssisələr inzibati olaraq birləşdirildi və Britaniya kitabxanası kimi fəaliyyət göstərməyə başladı: Britaniya muzeyinin kitabxanasının şöbələri (buraya həmçinin elmi- soraq kitabxanası da daxil idi)
Britaniya Milli Biblioqrafiya və elmi- texniki informasiya mərkəzi Britaniya Milli Kitabxanasına birləşir. Sonralar digər müəssisələr – Hindistan kitabxana və audiovideo yazı idarəsi (1982) və Britaniya səsyazma İnstitutu (1983) Milli kitabxanaların tərkib hissəsinə çevrildi və fondların sayını artırdı.
Britaniya muzey kitabxanası Yeni Milli Kitabxananın ən mühüm komponenti Britaniya kitabxanalarının şöbələridir. Muzeyin kitab çapı şöbəsi muzeyin əsası qoyulduğu ildə- 1753- cü ildə yaradılmışdır. Növbəti 2 il ərzində Britaniya Muzeyi kitabxanası qanuni depozit və Birləşmiş Krallıqda çap olunan kitab, jurnal və qəzetlərdən, nüsxələr almaqla, dünyada ən böyük kitabxanaya çevrildi. Əlavə olaraq kitabxanaya (qeyri- qanuni çap məhsullarının saxlanmsı hesabına) rus dilində xeyli sayda kitablar verilməsi ona Moskva və Sank- Peterburqdakı rus kitabxanalarından daha çox rus kitabına malik müəssisə adını qazandırdı. Lenin o vaxtlar muzey kitabxanalarının oxu zalından istifadəsinə imtiyaz verilmiş şəxslərdən idi. 1850- ci ildə ser Antoni Ponizinin təhriki ilə yaradılmış oxu zalı və kitab topluları Britaniya muzeyinin həyətində yerləşdirilmişdir. 1857- ci ildə may ayından oxu zalı bütün oxucular üçün açıq elan edildi. Kitabxananın istifadəçiləri arasında Lenindən başqa Karl Marks, Çarls Dikkens, Bernard Şou da var idi.
Patent kitabxansı (1962- ci ildən etibarən elmi nəşrlər üzrə Milli Kitabxana)
Britaniya kitabxanasının digər tərkib hissəsi Patent idarəsidir. Patent idarəsi 1855- ci ildə, konstitusiyaya əlavə edilmiş patent hüququhaqqında akta (1851) əsasən yaradılmışdır. XIX əsrin qalan vaxtı ərzində idarə çox kiçik bir yerdə yerləşdirilmiş və yalnız 1902- ci ildə Sauthempton binalarına köçürülmüşdür. (Bu binanın arxitektoru Ser Con Teylor idi). Yeni binaya köçürülməsinə baxmayaraq, patent müəssisəsinin fondu ərazi problemləri ilə üzləşməyə başladı.
II dünya müharibəsi Birləşmiş Krallıqda universal, elmi və texniki şəbəkə üçün böyük ehtiyac doöurdu kli, bu da əsasən elmi texniki kitabxanaya aid idi. 1940-50- ci illərdə elmi kütlələr arasında Britaniya muzey kitabxanasının, yoxsa Patent İdarəsi fondunun özül kimi fəaliyyət göstərməsi üzərində müzakirələr aparıldı. Bu problem 1959- cu ildə həll olundu. O zaman təklif olunmuşdu ki, özül kitabxana hər 2 kitabxananın fondu əasında yaradılmalı və muzey kitabxanasının nəzarəti altına keçməli idi. 1962- ci ildə inzibati olaraq, Britaniya Muzeyinin nəzdində Elmi nəşrlər üzrə Milli Kitabxana yaradıldı.