Söhbəti qiraətxanın işçisi açaraq bu əlamətdar tarixin yaranmasından danışıb.
"1999-cu ilin noyabrında keçirilmiş YUNESKO-nun Baş konfransının qərarı ilə 21 fevral Beynəlxalq Ana Dili günü elan edilmişdir.
Dil hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitədir.Hər bir insan öz ana dilini yaxşı bilməli və onu qorumalıdır.Ana dili insanın mənəvi aləminin zənginləşməsində,dünyagörüşünün genişlənməsində,mükəmməl təhsil almasında,öz soydaşları ilə ünsiyyət qurmasında mühüm rol oynayır.
Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı,tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa,onlarla ünsiyyət qurmağa imkan yaradır."
Söhbətdə fəal oxucular iştirak etmiş və ana dilimizə aid şeirlər söyləmişlər.
Yollarım sınandı yad ölkələrdə,
Neçə yad dodaqda səsləndi adım.
Sağ ol,ana dilim,məni heç yerdə
Köməksiz qoymadın,yalqız qoymadın
Sağ ol,ana dilim,ana öyüdüm,
Füzuli eşqindən divanə dilim!
Ürəyim başına nəfəs dərmədən
Fırlanıb kül olan pərvanə dilim!
Bu dil,-tanıtmış bizə bu dünyada hər şeyi,
Bu dil,-əcdadımızın bizə qoyub getdiyi
Ən qiymətli mirasdır,onu gözlərimiz tə
Qoruyub nəsillərə biz də hədiyyə verək